Menu

Raket zərbələrinə hədəf olmuş Hüms qubernatoru: Çox sayda ölən var

07.04.2017, 09:39
Raket zərbələrinə hədəf olmuş Hüms qubernatoru: Çox sayda ölən var

Hüms vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələrinin nəticəsində çox sayda həlak olan və yaralılar var.

Trend-in məlumatına görə, qubernator belə bir informasiya ilə "Əl-Mayadin" telekanalında çıxış edib.

O deyib: "Suriyanın mərkəzində Şayrat aerodromuna ABŞ tərəfindən atılan raket zərbələri nəticəsində ölən və yaralananlar var".

Talal əl-Bərrazinin sözlərinə görə, aerodrom ərazisində raket zərbələrindən baş vermiş yanğının söndürülməsi və yaralıların təxliyə edilməsi bir neçə saat çəkib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol