Menu

“Ermənistanın 15 gün vaxtı qalıb” – Novruz Məmmədov

30.05.2014, 18:33
“Ermənistanın 15 gün vaxtı qalıb” – Novruz Məmmədov

“Biz heç kimə 15 gün vaxt verməmişik. Bildiyim qədər, Ermənistana 15 gün vaxt onların Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı verilib. Çünki bu qurumla bağlı qeyd olunur ki, Ermənistan da Avrasiya İqtisadi İttifaqına tezliklə üzv olmalıdır.”

Bunları Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov publika.az-a müsahibəsində Prezident İlham Əliyevin işğal olunmuş torpaqları boşaltması üçün Ermənistana 15 gün vaxt verdiyi haqda iddiala münasibət bildirərkən deyib.

Xatırladaq ki, belə bir iddianı Ermənistan KİV-i irəli sürüb.

Novruz Məmmədov bildirib ki, əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olarsa, o zaman Azərbaycan tərəfi bununla bağlı öz şərtlərini irəli sürə bilər.

“Azərbaycanın da şərtləri beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması ilə bağlıdır. Bununla bağlı isə, doğrudan da, Ermənistan tərəfi çox narahat olub. Ermənistanın 15 gün vaxtı qalıb. Burada söhbət ondan gedir ki, Ermənistan öz ərazisi ilə Azərbaycanın maraqlarına zidd addım atmasın. Şübhəsiz ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması qəbul edilməzdir. Bu, beynəlxalq aləmdə yeni bir problem yarada bilər.

Digər tərəfdən isə, həmin qurumun özünün statusunu və gələcək perspektivini ilk vaxtlarından zəiflədə bilər.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol