«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi məlumata görə, dünyanın aparıcı avtomobil istehsalçıları 2016-cı ilin nəticələrinə əsasən 104 milyard avro gəlir əldə edə biliblər. Beləliklə, onların gəlirləri il ərzində 10 milyard dollar artıb.
Ötən il avtomobil istehsalçıları nəinki rekord gəlir əldə edə biliblər, həm də avtomobtllərin satışı üzrə yeni rekord vurublar. «Center of Automotive Management» (CAM) xəbər verir ki, 2016-cı ildə dünyada 78,1 milyon avtomobil satılıb.
Gəlirlər üzrə (faizləri və vergiləri ödəyəndən əvvəl) 5 marka avtomobl iderlik edir. Belə ki, dünya avtomobil sənayesinin ümumi gəlirlərinin 60,0 faizi onların payına düşür. Ən çox gəliri «Toyota» (17 milyard avro) əldə edib və bu göstərici üzrə «Daimler»i (12,9 milyard avro), «Ceneral Motors»u (11,9 milyard avro), «Ford»u (9,8 milyard avro) və «BMW»-i (9,4 milyard avro) otüb keçib.
Əməliyyat rentabelliliyi (əməliyyat gəlirlərinin ümumi gəlirlərə nisbəti) göstəricisi üzrə birinci yeri «Subaru» (13,5 faiz) tutaraq, «BMW»-i (10,0 faiz), «Daimler»-i (8,4 faiz), «Toyota»-ı (7,8 faiz) və «General Motors»-u (7,5 faiz) arxada qoyub.


Şərhlər