AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, 2016-cı ildə Rusiyada kasıbların sayı 0,3 milyon nəfər artaraq, 19,8 milyon nəfər təşkil edib. Bu barədə «Rosstat»ın məlumatında deyilir.
2015-ci ildə məlumatların yenidən qiymətləndirilməsi nəticəsində (Krım və Sevastopola aid məlumatlar nəzərə alınmaqla) ölkədə gəlirləri yaşayış minimumundan aşağı olan əhalinin sayı 19,2 milyondan 19,5 milyon nəfərə yüksəlib.
2014-cü ildə Rusiyada kasıbların sayı 16,1 milyon nəfər, 2013-cü ildə 15,5 milyon nəfər, 2012-ci ildə 15,4 milyon nəfər, 2011-ci ildə 17,9 milyon nəfər, 2010-cu ildə 17,7 milyon nəfər, 2009-cu ildə 18,4 milyon nəfər, 2008-ci ildə 19,0 milyon nəfər, 2007-ci ildə 18,8 milyon nəfər, 2006-cı ildə 21,6 milyon nəfər təşkil edib.
2016-cı ildə Rusiyada kasıblıq səviyyəsi 13,5 faiz (2013-cü ildə 13,3 faiz) təşkil edib. 2016-cı ilin 4-cü rübündə kasıblıq səviyyəsi 10,1 faiz (2015-ci ilin müvafiq dövründə - 10,0 faiz), 3-cü rübündə 18,8 faiz, ikinci rübündə 13,5 faiz, birinci rübündə isə 16,0 faiz olub.
2016-cı ilin dördüncü rübündə Rusiyada yaşayış minimumu 9,691 min rubl təşkil edib. Əmək qabiliyyətli əhali üçün bu rəqəm 10,466 min rubl, pensiyaçılar üçün - 8,0 min rubl, uşaqlar üçün isə 9,434 min rubl təşkil edib.
Göründüyü kimi, Krımın ilhaqı, Rusiya ordusunun Suriyadakı əməliyyatları və Qər ölkələrinin anti-Rusiya sanksiyaları bu ölkənin sosial-iqtisadi həyatında ciddi-neqativ izlər buraxıb.


Şərhlər