Menu

Zərdabda 62 yaşlı kişi özünü asıb - GÜNÜN İKİNCİ İNTİHARI

08.04.2017, 11:38
Zərdabda 62 yaşlı kişi özünü asıb - GÜNÜN İKİNCİ İNTİHARI

Zərdab rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Zərdab rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. (“Trend”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol