ABŞ Prezidenti Donald Tramp İdlibdə kimyəvi hücumdan əziyyət çəkən bir ailənin fotosunu gördükdən sonra “vurun” əmrini verdiyini bildirib. Axar.az xəbər verir ki, Tramp 9 aylıq əkiz övladını, həyat yoldaşını və qohumlarını itirən Əbdülhəmid Yusif adlı atanın və hücumda ölən uşaqların ürək dağlayan fotolarını gördükdən sonra Suriyaya hücum əmri verdiyini deyib.
Bundan sonra ABŞ 59 raket zərbəsi ilə Suriyanın Şayrat aviabazasını alt-üst edib.


Şərhlər