Menu

Qədirbilən ərəblər Trampa yeni ayama qoşdular - «Əbu İvanka əl-Amerika»

08.04.2017, 14:58
Qədirbilən ərəblər Trampa yeni ayama qoşdular - «Əbu İvanka əl-Amerika»

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriyanın Şayrat aviabazasına edilən raket hücumundan sonra ABŞ Prezidenti Donald Tramp «Tvitter»də müəyyən seqment istifadəçilərin güclü dəstəyini qazanıb.

Bəzi ərəb ölkələrinin sakinləri Homsaya endirilən zərbəyə görə, Trampa təşəkkür ediblər. Maraqlıdır ki, onlar Trampa öz minnətdarlıqlarını özlərinin dil ənənələrinə uyğun olaraq edirlər və bu zaman Amerika liderini «Əbu İvanka» (İvankanın atası) adlandırırlar.

Bu ərəblər çox «unikal» tayfadırlar. Xatırlayırsınızsa, Rusiya hərbi kontingenti Suriyaya girən zaman da «qədirbilən ərəblər» Rusiya Prezidenti Vladimir Putinə «Əbu Tin» («Tin» - ərəbcə əncir deməkdir, yəni ki, Əncir oğlu, guya, Putinin atası ərəb olub və Ərəbistanda əncir satıb!) ayaması yapışdıraraq, hətta onu ərəb elan etmişdilər.

Bu ərəblər nə «unikal» tayfadırlar, yahu! Kim onları bərk vurursa, onu heyrətamiz şiddətlə sevməyə başlayırlar!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol