Menu

Tramp Suriyaya raket zərbəsinin endirilməsinin səbəbini açıqlayıb

09.04.2017, 00:29
Tramp Suriyaya raket zərbəsinin endirilməsinin səbəbini açıqlayıb

ABŞ prezidenti Donald Tramp Konqres üzvlərinə aprelin 7-nə keçən gecə Suriyaya endirilən raket zərbəsinə dair bildiriş məktubu göndərib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, məktubun mətni tam olaraq Trampın zərbədən sonra səsləndirdiyi bəyanatı təkrarlayır. Belə ki, prezident Suriya hakimiyyətini aprelin 4-də İdlib əyalətində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Tramp, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirildiyini qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Homs əyalətindəki “Şayrat” aerodromuna 59 raket atıb.

Homs qubernatoru zərbə nəticəsində 5 hərbçi və 2 mülki şəxsin öldüyünü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol