Menu

Misirdə kilsədə partlayış: 30 nəfərə çatıb

09.04.2017, 14:17
Misirdə kilsədə partlayış: 30 nəfərə çatıb

Bu gün Misirin Tanta şəhərində kilsədə partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Bundan əvvəl 25 nəfərin öldüyü, 50 nəfərin yaralandığı açıqlanıb.

Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsənin ibadət zalında partlayış törədilib. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir KİV-ləri partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb.

***

Bu gün Misirin Tanta şəhərində iki partlayış törədilib.Partlayışlar nəticəsində 21 nəfər həlak olub.

İlkin məlumata görə, partlayıcı qurğu kilsədə ibadət zalına qoyulub. Bu partlayışdan az sonra Misir Daxili İşlər Nazirliyinin şəhərdəki təlim mərkəzi yaxınlığında da partlayış törədilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol