Bu gün səhər saatlarında Bakıda daha bir ticarət mərkəzi alışıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın “20 yanvar” metrostansiyası yaxınlığında, Respublika Klinik Xəstəxanasının yanındakı kiçik ticarət mərkəzində qeydə alınıb.
Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə elektrik xətlərindəki nasazlıq səbəb olub.


Şərhlər