Menu

İquaini əbəs yerə 90 milyona almayıblar

09.04.2017, 16:41
İquaini əbəs yerə 90 milyona almayıblar

“Yuventus”un hücumçusu Qonsalo İquain A seriyasının 31-ci turunun”Kyevo”ya qarşı matçında (2:0) dubl edib.

Qol.az-ın xəbərinə görə, bununla da o, yeni klubunda 21-ci qolunu vurub və “Yuventus”da 59 illik fasilədən sonra bir ilkə imza atıb. O, “Yuventus”da debüt mövsümündəcə (A seriyasında) 31 oyuna 20-dən çox qol vura bilib.

Bundan başqa argentinalı futbolçu 5 qolun ötürməsini də edib.

Qeyd edək ki, son dəfə 1957/58-ci il mövsümündə Con Çarlz “Yuventus”da debüt mövsümündə 28, Ömər Sivori isə 22 qol vurub.

Xatırladaq ki, Turin klubu İquaini ötən yay 90 milyon avro qarşılığında “Napoli”dən transfer edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol