Menu

Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

10.04.2017, 10:55
Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda şirkət rəhbərliyinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

“Report”un əldə etdiyi məlumata görə, Azərbaycan Vergilər Nazirliyinin (VN) 2 saylı Ərazi Vergilər Departamenti “Sumqayıt Aşqarlar” ASC-nin rəhbəri Cavad Xamməd oğlu Cavadovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin olunub. Qərardan narazı qalan C.Cavadov apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol