Menu

Kamerun 69 idmançı ilə gəlir - İslamiada

10.04.2017, 16:41
Kamerun 69 idmançı ilə gəlir - İslamiada

Kamerun Milli Olimpiya Komitəsi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq idmançılarının sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisi mayın 12-22-də baş tutacaq yarışa 69 atletlə gəlməyi planlaşdırır.

Kamerunlular 9 idman növündə medala iddia edəcəklər. Onlar İslamiadada ağırlıqqaldırma, atletika, futbol, voleybol, güləş, boks, cüdo və taekvondo növlərində mübarizə aparacaqlar.

Qeyd edək ki, Kamerun futbol turnirində və qadınların voleybol yarışında Azərbaycan yığması ilə eyni qrupda yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol