Menu

"Quyunun ağzı əlimizdədir..." - Rövnəq Abdullayev

01.10.2013, 18:33
"Quyunun ağzı əlimizdədir..." - Rövnəq Abdullayev

"Bulla-Dəniz" yatağında vəziyyət normaldır. Hazırda ərazidə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Hellenic Petroleum" şirkətinin əməkdaşları birgə işləyir.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq yataqda təmizləmə işləri başa çatdırılıb: “Quyunun ağzı əlimizdədir. İndi hazırlıq işləri görülür, ABŞ-dan avadanlıqlar göndərilib. Onlar Kamerun şirkəti tərəfindən sınaqdan keçirilib və dənizə göndərilib. Hazırda həmin avadanlıqların quyunun başına keçirilməsi üçün hazırlıq işləri görülür. Biz iki variantı - yana-yana və ya söndürmə variantından istifadə edilməsinə dair qərar verəcəyik. Maksimum imkanlarımızdan istifadə edib quyunu xilas etmək istəyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol