AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Belarus Respublikası Rusiyadan 1 milyard dollar kredit alacaq. Bu barədə razılaşma iki ölkə prezidentinin bir həftə bundan əvvəl keçirilmiş Sankt-Peterburq görüşü zamanı əldə olunub. Xəbəri Belarus televiziyasının efirindən Baş nazirin müavini Vladimir Semaşko verib.
Semaşko həm də bildirib ki, Avrasiya stabilləşdirmə və inkişaf Fondundan hər biri 300 milyon dollar olmaqla, iki kredit tranşı almaq üçün Moskva Minskə köməklik göstərəcək.
Bundan əvvəl Belarus rəhbərliyi xəbər vermişdi ki, tərəflər Belarusun cari borclarının yenidən maliyyələşdirilməsi məsələsində razılığa gəliblər.


Şərhlər