Menu

80 min dollarlıq "06" satışa çıxarıldı - FOTO

11.04.2017, 16:36
80 min dollarlıq "06" satışa çıxarıldı - FOTO

Qırmızı rəngli avtomobil "Jiqulu"nin Kanada versiyasıdır

Elan saytlarından birində 80 min dollarlıq VAZ 2106 markalı avtomobil satışa çıxarılıb. Baku.ws bildirir ki, qırmızı rəngli avtomobil "Jiqulu" şirkətinin kanada versiyasıdır. Qiymətinə görə hər kəsin diqqətini çəkən maşın 1.5L 72 at gücünə malikdir.

Qeyd edək ki, VAZ-2106 sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ-Rusiya istehsalı olan avtomobildir. VAZ-2103 modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2006-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol