«SAVAŞ BAŞLASA, ABŞ-ı YERÜZÜNDƏN SİLƏRİK» - Marşal "od püskürdü"

Donald Tramp: "Şimali Koreya bəla axtarır"

"AzPolitika.info" xəbər verir ki, ABŞ-ın təyyarədaşıyan gəmisini Koreya yarımadasına göndərməsiylə sürətlə artan gərginliyə Vaşinqton və Pyongyangdan arxa-arxaya təhdidlər gəlməyə başlayıb. ABŞ prezidenti Tramp: "Şimali Koreya bəla axtarır. Əgər Çin kömək etməyə qərar versə, bu möcüzə olar. Əgər kömək etməzsə, biz onlarsız da bu problemi həll edəcəyik" deyə açıqlama verib.

Şimali Koreya rəsmi xəbər agentliyində yer alan açıqlamada isə: "Meydana gələ biləcək faciəvi nəticələrdən yalnız ABŞ-ı məsul tutacağıq. ABŞ-ın istədiyi hər cür döyüşə cavab verməyə hazırıq", cavabı verilib.

Şimali Koreya lideri Kim Yong Una yaxınlığıyla bilinən bir marşal isə, dövlət televiziyasında canlı yayımlanan çıxışında: "Bizə müharibə elan etməyə cəhd edərlərsə, onları yerüzündən silərik", deyə ABŞ-ı təhdid edib.

Xatırladaq ki, Şimali Koreya, ötən həftə yenə ballistik raket sınaqdan keçirmişdi. ABŞ prezidenti Donald Tramp, Çin lideri Xi Yinping ilə görüşdən əvvəl "Əgər Şimali Koreya işini Çin həll edə bilməsə, biz həll edəcəyik. Hələlik sizə bu qədərini söyləyirəm" demişdi. Görüşdə isə, Tramp həmkarından Pyongyang rəhbərliyinin dayandırılması üçün daha çox səy göstərməsini istəmişdi.

 

ELVİN

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar