Menu

Mey və Merkelin «Tomaqavk» məhəbbəti

11.04.2017, 17:58
Mey və Merkelin «Tomaqavk» məhəbbəti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ötən gün iki telefon danışığı aparıb - Böyük Britaniyanın (BB) Baş naziri Tereza Meylə və Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkellə. Bu barədə xəbəri Ağ Evin mətbuat xidməti yayıb.

Xəbərdə qeyd olunur ki, AFR kansleri və Britaniya Baş naziri ABŞ-n Suriyaya endirdiyi «Tomaqavk» raket zərbəsini dəstəkləyib və Suriya Prezidenti Bəşər Əsədin «məsuliyyətə cəlb olunması» istiqamətində bu ölkədə birgə işləmək barədə razılığa gəliblər.

Heç təsadüfi deyil - Merkel demişdi axı: «Elə etməliyik ki, insanlar öz vətənlərindən qaçmasınlar» (daha doğrusu, qaça bilməsinlər!). «Reyxsfürer»in bu mesajını Tramp «göydə tutdu»…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol