«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Rusiyaya səfər edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillersonla sabah görüşəcək.
Bu barədə məlumatı «RBK» iki mənbədən alıb - biri xarici işlər nazirliyinə (XİN) yaxın, digəri isə səfərin təşkili ilə tanışlığı olan mənbə. Bu gün Tillersonun Rusiya XİN başçısı Sergey Lavrovla görüşü olacaq.
Rusiya Prezidenti ilə görüşə gəlincə, bu barədə son vaxtlar ziddiyyətli məlumatlar yayılmaqda idi. İlk olaraq, Tillersonun Prezident Putinlə görüşü planlaşdırılsa da, ötən bazar günü bu görüş barədə məlumat Tillersonun iş qrafikindən çıxarılmışdı.
Bu ərəfədə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bəyan etmişdi ki, Vladimir Putinin iş qrafikində Tillersonla görüş nəzərdə tutulmayıb.


Şərhlər