Menu

“Suriyada zarin qazından istifadə edildiyi təsdiqləndi” – Türk nazir

11.04.2017, 21:33

receb akdag"Suriyanın İdlib şəhərində zarin qazından istifadə edildiyi təsdiqləndi".

Bu sözləri Türkiyənin Səhiyyə naziri Rəcəb Akdağ AA-ya açıqlamasında deyib.

“İdlibdə kimyəvi hücuma məruz qalan şəxslərdən götürülən qan və analiz nümunələri nəticəsində zarin qazının bir nümunəsi olan metil fosfonik asit aşkar edilmişdi”, – nazir bildirib/Axar.az.

Qeyd edək ki, İdlibin Xan Şeyhun bölgəsinə Əsəd qüvvələrinin kimyəvi hücumu nəticəsində 100-dən çox dinc sakin həlak olmuşdu.

Ölənlərin və yaralananların əksəriyyəti Türkiyədəki xəstəxanalara yerləşdirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol