AzPolitika.info xarici KİV-ə istindla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp «Pesax» bayramı münasibətilə bütün yəhudilərə ivritcə müraciət edərək, bayramlarını təbrik edib.
«Hamınızın Pesaxınız mübarək - kimlər onu qeyd edirsə! Haq Sameax! («Bayramınız mübarək - red.»)» - deyə, Tramp öz «Tvitter»ində yazıb.
Məlumat üçün bildirək ki, ABŞ Prezidnenti Donald Trampın kürəkəni və böyük müşaviri Cared Kuşner ortodoksal iudeydir.
«Pesax» yəhudi bayramıdır - yəhudilərin 400 illik köləliyinə son qoyulmasına və Misirdən çıxmasına ithaf olunub. İsraildə bu bayram yeddi gün, digər ölkələrdə isə səkkiz gün davam edir.


Şərhlər