İtaliyan klubu doğma arenada "Barselona"nı darmadağın edib
"AzPolitika" xəbər verir ki, Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyununda "Yuventus" ilə "Barselona" qarşılaşıb. Oyunə fəal başlayan meydan sahibləri, artıq 7-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Dibala komandasını önə çıxarıb. 22-ci dəqiqədə Dibala yenidən komandasını önə çıxarıb -2:0. qarşılaşmada son qolu 55-ci dəqiqədə Çellini vurub.
Xatırladaq ki, "Barselona" bundan əvvəlki turda səfərdə "PSJ"yə 4:0 məğlub olmasına baxmayaraq, öz meydanında 6:1 qazanaraq adını 1/4-a yazdırmağı bacarmışdı.


Şərhlər