Menu

Bakıda daha bir küçə nəqliyyatın hərəkəti üçün bağlanır

14.04.2017, 13:12
Bakıda daha bir küçə nəqliyyatın hərəkəti üçün bağlanır

Aprelin 15-dən 23-nə qədər Bakının Niyazi küçəsinin bir hissəsi asfalt örtüyünün çəkilməsi məqsədilə bağlı olacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Niyazi küçənin Azneft dairəsindən İstiqlaliyyət küçəsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol