Menu

Rusiya «Baykonur»dan istifadəni dayandırmayacaq - Putin qərar qəbul edib

14.04.2017, 18:09
Rusiya «Baykonur»dan istifadəni dayandırmayacaq - Putin qərar qəbul edib

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya kosmik sferada Qazaxıstanla əməkdaşlığı, o cümlədən, «Baykonur» kosmodromundan istifadəni davam etdirəcək. Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib («Qazeta.Ru»).

Dövlət başçısının sözlərinə görə, əldə olan birgə layihələr üzrə Qazaxıstanla fəal işləmək üçün Rusiya yaxın vaxtlarda özünün kosmik sahədəki planlarını korrektə edəcək.

«Uzunmüddətli perspektivdə təkcə «Baykonur»dan istifadə ilə yox, həm də birgə raket buraxılışları üzrə planların reallaşdırılması, yeni tip kosmik raket texnikasının işlənib hazırlanması istiqamətlərində…» - deyə, Putin Avrasiya Ali İqtisadi Şurasının iclasında çıxışı zamanı qeyd edib.

Xatırladaq ki, 2016-cı ilin dekabrında Qazaxıstanla Rusiya «Baykonur» kompleksi üzrə gələcək əməkdaşlıq barədə konsepsiya sənədi imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol