Menu

Tramp Ayda faydalı qazıntı eşqinə düşüb! - Rusiya da hazırlıq görür

15.04.2017, 00:26
Tramp Ayda faydalı qazıntı eşqinə düşüb! - Rusiya da hazırlıq görür

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ayda xammal ehtiyatlarının kommersiya əsasları ilə hasilatı perspektivləri ilə maraqlanır. Başqa sözlə, NASA-nın Tramp administrasiyası ilə yazışmalarından məlum olur ki, Yerin təbii peyki ABŞ rəhbərliyinin diqqətini cəlb edib. Bu barədə «Motherboard» saytı yazıb.

Ağ Evi hər şeydən əvvəl, Aydan çıxarılması arzu olunan faydalı qazıntıdan maliyyə gəlirlərinin əldə olunması imkanları düşündürür. Yerə yaxınlığı səbəbindən dolayı, Ay çoxdan müstəmləkəçilik nöqteyi-nəzərindən diqqəti cəlb edir. Son vaxtlar bu ideyalar tez-tez səslənməyə başlayıb. Məlumdur ki, Ayda sənaye üçün qiymətli metallar - titan, alüminium, dəmir var. Ay «torpağı»nın üst qatlarında isə Yerdə nadir tapılan helium-3 izotopu cəmləşib. Bu izotopu perspektiv termonüvə reaktorları üçün yanacaq kimi istifadə etmək mümkündür.

NASA ABŞ administrasiyasını əmin edib ki, agentlik həm də kosmosun öyrənilməsindən fayda əldə etmək barədə düşünür və artıq bəzi özəl aerokosmik şirkətlərə (SpaceX və Blue Origin) kosmik turizmlə məşğul olmaq imkanları yaradıb.

Bunun üçün Blue Origin «New Shepard» gəmisinin pilotlu sərnişin versiyasını, «SpaceX» şirkəti isə «Crew Dragon» pilotlu gəmisini yaradacaq.

NASA-da həm də Tayvanla birgə geoloji «lunaxod»un yaradılması işləri barədə xatırladıblar. Bu aparat təkcə Ayda yox, eləcə də digər planetlərdə faydalı qazıntı işləri aparmaq üçün nəzərdə tutulur.

Robot-geoloqun testləşdirilməsi işlərinə artıq 2017-ci ildə başlanması planlaşdırılıb, eniş modulunun Aya göndərilməsi isə 2020-ci illərin əvvəlinə nəzərdə tutulub.

Robot, faydalı qazıntı predmetlərinin olub-olmamasını müəyyən etmək üçün Ay səthini şüalandıra və analiz edə bilər. O, ehtimala görə, Ayda suyu, hidrogeni, metanı axtara bilər. Ehtimal olunur ki, sonuncunun mədəni Ayın cənub qütb rayonunda yerləşir. Buranın dəyişkən təbiətə malik olması səbəbilə, ərazi əvvəllər tədqiq olunmayıb.

NASA bu ərazidə nümunələrin əldə olunması və Yerə çatdırılması posesini «yüksək elmi prioritet» adlandırıb. Tramp isə öz növbəsində, maraqlanıb ki, NASA pilotlu missiyasını tezləşdirə və onun reallaşdırılması müddətlərini artıq 2018-ci ilə keçirə bilərmi?

İndi isə Rusiya KİV-nin bu gün yaydığı bir məlumatı xatırlamaq pis olmazdı. Məlumatda deyilir ki, Rusiya Qazaxıstanın «Baykonur» kosmodromundan istifadə müddətinin uzadılması və Qazaxıstanla birgə kosmik tədqiqat işlərinin aparılması barədə memorandum imzalayıb. Vurğulanır ki, bu qərarı məhz, Prezident Putinin özü qəbul edib. Beləliklə, aydın olur ki, dünyanın bu iki nəhəng dövləti yenidən «kosmik yarış»a çıxmağa hazırlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol