Menu

Lənkəranda 67 yaşlı qadın intihar edib

15.04.2017, 09:27
Lənkəranda 67 yaşlı qadın intihar edib

Lənkəranda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Osakücə kəndində baş verib.

Onkoloji xəstə olduğu deyilən 67 yaşlı Fətullayeva Əsmayə Əhməd qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Ailə üzvləri hadisədən xəbər tutsalar da, onu xilas edə bilməyiblər.

Faktla bağlı prokurorluq araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol