Menu

"Bütün bombaların anası" 90 İŞİD döyüşçüsünü öldürüb

15.04.2017, 19:46
"Bütün bombaların anası" 90 İŞİD döyüşçüsünü öldürüb

ABŞ-ın Əfqanıstanda özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşma tərəfindən istifadə olunan tunel kompleksinə endirdiyi hava zərbəsində ölən İŞİD döyüşçülərinin sayı 90-a çatıb.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, əməlliyat zamanı xüsusu bombadan istifadə olunub.

9,800 kq-lıq GBU-43/B (MOAB) bombası 9 metr uzunluğundadır və ona "bütün bombaların anası" adı verilib.

Bu, ABŞ tərəfindən münaqişələr zamanı atılan ən böyük qeyri-nüvə bombasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol