Biz görmüşük ki, ailə həyatı qurandan sonra insanlar uşaq sahibi olmağı arzulayırlar. Ancaq bu cütlükdə vəziyyət bambaşqadır. Uşağı tələf edib ailə həyatı qurmağı planlaşdırırlar. Əslində bu xanımın hekayəsi fərqlidir.
Salyan rayonundan olan Səidə Əliyeva deyir ki, işə düzəlmək üçün Asan Xidmətin Sabirabad filialına sənəd verir. Bir müddət keçəndən sonra Sabirabad rayon polis şöbəsinin baş leytenantı Elnur Əliyev Səidənin iş üçün təqdim etdiyi sənəddən nömrəsini götürür və əlaqə saxlamağa başlayır. Səidə deyir ki, müəyyən vaxtdan sonra Elnur onun evinə gəlir və onunla cinsi əlaqədə olur. Səidə hamilə qalır. Elnur isə Səidəyə təkidlə uşağı aldırmağı deyir.


Şərhlər