Menu

Prezident sərəncam verdi

02.06.2014, 17:53
Prezident sərəncam verdi

Azərbaycan Prezident İlham Əliyev mülki aviasiya işçilərinə fəxri adlar verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

ANS PRESS-in məlumatına görə, dövlət başçısının sərəncamı ilə mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə Əmiraslanov Valeh Şamil oğluna "Əməkdar Mühəndis", Əhmədov Səyəddin Əhmədoviç, Novruzov Bəhlul Süleymanoviç, Rublyov Serqey Yuryeviç və Talonin Anatoliy Mixayloviçə "Əməkdar Pilot", Bağırova Nadejda Qurbanovna isə "Əməkdar Həkim" fəxri adına layiq görülüb.

Azərbaycan Prezidentinin digər sərəncamına əsasən, Ayutov Davud Xasyanoviç, Cəfərov İlham Müzəffər oğlu, Dbila Jaouad, Xəlilov Yaşar Fərəməz oğlu və Məmmədov Nazim Abdin oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol