«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Londonda yaşayan və İndoneziya vətəndaşı olan müsəlman qadını Roma aeroportunda təyyarəyə buraxmayıblar. O, sosial şəbəkəyə bir foto yerləşdirib. Şəkildə Roma polisinin, hicabını soyunmayan qadının təyyarəyə minməsinə necə mane olduğu əks olunub. Qadın yazıb ki, polis onu «təhlükəsiz olmayan» adlandırıb.
Müsəlman qadının sözlərinə görə, insident bazar günü Rim-Çampino aeroportunda baş verib.
«Siz, saçlarınızın altında nə isə gizlədə bilərsiniz. Əgər Siz, onu (hicabı - red.) soyunmasanız, biz bilməyəcəik ki, onun altında bir şey var, yoxsa yox, yaxşı? Bizim üçün Siz, təhlükəsiz deyilsiniz» - deyə, aeroportun təhlükəsizlik xidmətinin qadın əməkdaşı qadının özünün çəkmiş olduğu videoda bildirir.
Qadın elə həmin gün başqa bilet almağa məcbur olub - bu dəfə Rim-Fyümiçino aeroportundan uçmaqla. Bu dəfə də yenidən ona hicabı soyunmaq təklif olunub. Qadın razılaşıb və sübut etmək istəyib ki, qadağan olunmuş heç nə «daşımır».
O, diskriminasiyaya məruz qoyulduğunu bəyan edib və bildirib ki, bundan fərqli olaraq, aeroportda yoxlama zamanı monaxlara paltarrını soyunmaq təklifi edilmir.
İndoneziyanın Romadakı səfirliyi situasiyanı şərh edib. Səfirliyin qadın əməkdaşlarından biri qeyd edib ki, ona da hicabını soyunmaq təklif olunub və bunun üçün xüsusi otaqlar var - bu otaqlarda təhlükəsizlik yoxlamaları qadın əməkdaşlar tərəfindən həyata keçirilir.
.


Şərhlər