Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində “Mercedes” markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğrayıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü deformasiyaya uğrayan nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkən deformasiyaya uğrayan avtomobilin içərisindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 19:22-də başa çatıb.
***
Bakıda yerüstü piyada keçidi uçub.Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Bakı şəhərində piyada keçidinin uçması nəticəsində 6 nəfər xəsarət alıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, piyada keçidinin uçması nəticəsində 27 yaşlı Lalə Məmmədova, 55 yaşlı Nəzakət Məmmədova və şəxsiyyəti məlum olmayan daha 4 nəfər xəsarət alıb.
Xəsarət alan Şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub.


Şərhlər