Menu

Bakıda kişi 3-cü arvadı tərəfindən bıçaqlandı - VİDEO

18.04.2017, 19:10
Bakıda kişi 3-cü arvadı tərəfindən bıçaqlandı - VİDEO

Paytaxtın Xəzər rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.

Hadisə Binə qəsəbəsində qeydə alınıb.

43 yaşlı Qurban Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı əməliyyat edilib. Həkimlər bir bıçaq xəsarəti olan Qurban Məmmədovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Qurban Məmmədovu həyat yoldaşı bıçaqlayıb. Ərlə-arvad arasında mübahisəyə səbəb isə uşaq olub.

Belə ki, Qurban Məmmədov azyaşlı uşağını döyüb. Buna əsəbiləşən ana əlini bıçağa ataraq ərinə bir zərbə endirib. Hadisəni törətməkdə şübhəli bilinən qadın Qurban Məmmədovun 3-cü həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır. /ARB TV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol