Menu

Valyuta mübadiləsi fəaliyyətinə tələb olunan lisenziya üçün rüsum müəyyənləşdi

18.04.2017, 19:16
Valyuta mübadiləsi fəaliyyətinə tələb olunan lisenziya üçün rüsum müəyyənləşdi

Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya alınması üçün rüsum müəyyənləşib.

"Report"un xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanununa dəyişiklik təklif edilir.

Layihəyə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyanın verilməsi üçün 500 manat dövlət rüsumunun tutulması təklif edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol