Menu

Tramp Ərdoğana kömək vəd edib

19.04.2017, 00:32
Tramp Ərdoğana kömək vəd edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Türkiyəli həmkarı ilə telefon danışığı zamanı Suriya və İraqda onunla sıx əməkdaşlıq edəcəyini bildirib. Amerikalı lider həm də əmin edib ki, kürd hərbləşdirilmiş birləşmələri ilə mübarizədə Ankaraya kömək edəcək.

«Mən, bizim dostluğumuzu yüksək qiymətləndirirəm. Bir yığın vacib işlər var ki, birlikdə həyata keçirməliyik» - deyə, «Röyter» agentliyi ABŞ Prezidentindən sitat gətirir.

Bundan əvvəl Ağ Evin mətbuat xidməti xəbər verib ki, Donald Tramp Konstitusiyaya dəyişikliklər üzrə keçirilmiş referendumda qələbə çalmağı münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanı təbrik edib. Bundan başqa, İdlibdə kimyəvi silahla bağlı baş vermiş insidentə görə, hər iki ölkə Suriya Prezidenti Bəşər Əsədin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol