Menu

Yaponiya 57 min vətəndaşını təxliyə etməyə hazırlaşır! - Cənubi Koreyadan

19.04.2017, 16:16
Yaponiya 57 min vətəndaşını təxliyə etməyə hazırlaşır! - Cənubi Koreyadan

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya 57 min nəfər vətəndaşını Cənubi Koreya Respublikasından təxliyyə etmək niyyətindədir. Yaponiya milli təhlükəsizlik Şurası bölgədə böhranın dərinləşəcəyi təqdirdə atacağı bu addımın elementlərini müzakirə edib.

«The Telegraph» agentliyinin məlumatına görə, bu addım Koreya Xalq Demokratik Respublikasının (KXDR) mümkün nüvə sınaqları ilə əlaqədar olaraq bölgədə gərginliyin artması və ABŞ esminesinin əraziyə yaxınlaşması ilə bağlıdır.

Qeyd olunur ki, Tokio bu məqsədlə Cənubi Koreyaya mülki nəqliyyat vasitələri əvəzinə, hərbi təyyarələr və gəmilər göndərmək üçün Seulun razılığını almaq fikrindədir.

Bundan əvvəl xəbər verilmişdi ki, əgər nüvə sınaqlarına hazırlığın əlamətləri qeydə alınarsa, ABŞ KXDR-a qabaqlayıcı zərbə endirməyə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol