Çempionlar Liqasında 1/4 final mərhələsinə 2 qarşılaşma ilə yekun vurulacaq
"AzPolitika" xəbər verir ki, gecənin mərkəzi qarşılaşması İspaniyada baş tutacaq. İlk görüşdə "Yuventus"a 3:0 məğlub olan "Barselona" bunun əvəzini çıxmağa çalışacaq.
Gecənin digər qarşılaşmasında isə "Monako" öz meydanında "Borussiya Dortmund" klubu ilə qarşılaşacaq. İlk görüş Fransa təmsilçisinin 3:2 qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Çempionlar Liqasında 2 klub artıq 1/4 final mərhələsinə vəsiqə qazanıb. Bunların hər ikisi Madrid təmsilçiləridir. "Real" və "Atletiko"
19 aprel
22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya)
İlk oyun - 0:3
22:45. “Monako” (Fransa) - “Borussiya Dortmund” (Almaniya)
İlk oyun - 3:2


Şərhlər