Menu

İdlibdə kimyəvi silahdan istifadə olunduğu təsdiqlənib

19.04.2017, 23:24
İdlibdə kimyəvi silahdan istifadə olunduğu təsdiqlənib

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə KSQT-nın yaydığı bəyanatda deyilir.

“Üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb”, bəyanatda deyilir.

Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol