Menu

“Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmirik” - Şahin Mustafayev

03.06.2014, 11:55
“Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmirik” - Şahin Mustafayev

Azərbaycan heç bir ittifaqa, o cümlədən Avropa Birliyi və ya Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmir.

“APA-Economics”in məlumatına görə, bunu ADA Universitetində çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təhsil ocağının tələbələrinin suallarını cavablandırarkən deyib.

Ş. Mustafayev bildirib ki, Azərbaycanın Rusiya ilə ticarət rejimində heç bir problem yoxdur.

Nazir əlavə edib ki, bu, Azərbaycan üçün rahat, normal rejimdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol