Menu

Abxaziyada qadın jurnalist Lavrovla bir stol arxasında oturmayıb! - «Mühacir sahili»ndə gəzinti

20.04.2017, 15:37
Abxaziyada qadın jurnalist Lavrovla bir stol arxasında oturmayıb! - «Mühacir sahili»ndə gəzinti

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Abxaziyaya səfəri zamanı Suxumda gəzintiyə çıxıb və Brexalovkadakı məşhur kafedə kofe içib, sonra isə Rus Dövlət Dram Teatrında olub. Xəbəri «Sputnik Abxaziya» agentliyi yayıb.

Rusiya xarici işlər nazirliyinin nümayəndə heyəti şəhərin görkəmli yerlərindən biri olan «Mühacir sahili» adlı ərazini gəzib («Mühacir sahili» adlı sahil zolağı Çar Rusiyası tərəfindən 19-cu əsrdə zorla Türkiyəyə sürgün edilmiş yerli əhalinin xatirəsinə adlandırılmış küçədir).

Məşhur kafedə stol arxasında rusiyalı diplomatlar və Abxaziyalı nümayəndələr oturduqdan sonra, stulun biri boş qalıb. Abxaziyalı qadın jurnalistlərdən birini stola dəvət ediblər, ancaq o, ciddi şəkildə bundan imtina edib.

«Siz, bizimlə oturmaqdan imtina edirsiniz? Burada qadınlara olmaz?» - deyə, Lavrovun zarafatlaşmaqdan başqa çarəsi qalmayıb.

Xəbər verildiyi kimi, Rusiya XİN-nın başçısı Sergey Lavrov aprelin 18-də Gürcüstan Respublikasının razılığı olmadan, Abxaziyaya iki günlük səfər edib. O, Suxum şəhərində yeni tikilmiş Rusiya səfirliyi binasının rəsmi açılış mərasimində iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol