Dünən “Çempionlar Liqa”sı E,F,G,H qruplarında II turun oyunları keçirilib.Türk futbolçu Arda Turanın heyətində olduğu İspaniyanın “Atletiko”Madrid komandası bu turda da qələbə qazanıb.
"Porto"nun qonağı olan komanda 16-cı dəqiqədə hesabda geriyə düşməsinə baxmayaraq sonda gülən tərəf olub. “Porto”lu futbolçusu Cekson Martinezin qoluna 58-ci dəqiqədə Diyeqo Qodin cavab verib. Oyunun bitməsinə 4 dəqiqə qalmış Arda Turan “Atletiko”ya qələbə bəxş edən qolun müəllifi olub. Nəticədə 2-1 hesabı ilə qalib gələn “Atletiko” G qrupunda 6 xalla 1-ci sıradadır.


Şərhlər