Menu

Milli Şura mitinqi təxirə salıb

21.04.2017, 17:23

baki-sheher-icra-hakimiyyetiMilli Şuranın aprelin 22-nə təyin olunmuş mitinqi təxirə salınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən məlumata görə, AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn BŞİH-ə müraciət edərək aksiyanın keçirilməyəcəyini bildirib.

Qeyd edək ki, Milli Şura aprelin 22-də keçmiş "Məhsul" stadionunda mitinq keçirilməsinə razılıq verilməsi üçün bir neçə gün əvvəl BŞİH-ə müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol