Menu

MDB məkanında mayın 9-da terror aktları hazırlayan silahlı saxlanılıb

21.04.2017, 18:58
MDB məkanında mayın 9-da terror aktları hazırlayan silahlı saxlanılıb

Qırğızıstanda MDB məkanında mayın 9-da terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) mətbuat xidmətindən bildirilib.

Qurumun məlumatına görə, 1994-cü ildə anadan olan Oş vilayəti sakini S.T. aprelin 20-də saxlanılıb.

"Saxlanılan şəxsin 2013-cü ildə Suriyaya gedərək beynəlxalq terror təşkilatının dəstələrinə qoşulduğu və Suriyada döyüşlərdə iştirak etdiyi müəyyən edilib. O, 2016-cı ilin fevral ayında xüsusi təlim keçdikdən sonra MDB məkanında Qələbə günü qeyd edilən müddətdə terror aktları törətmək tapşırığı alıb. Hazırda S.T. DMTK-nın istintaq təcridxanasındadır, cinayət işi açılıb", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol