Menu

75 yaşlı qadın intihar etdi

22.04.2017, 09:21
75 yaşlı qadın intihar etdi

Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1942-ci il təvəllüdlü Əliyeva Kifayət Əsgər qızı sirkə turşusundan ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Tibbi yardım göstərilsə də, 75 yaşlı qadını xilas etmək mümkün olmayıb. K.Əliyevanın intihar etdiyi bildirilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol