"Barselona"da yeni baş məşqçi vəzifəsinə daha bir namizəd müəyyənləşib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, "Monako"nun çalışdırıcısı Leonardo Jardimdir. 42 yaşlı mütəxəssisin yeni mövsümdən Kataloniya klubunda işləyə biləcəyi iddia edilib.
Qeyd edək ki, L.Jardimlə "Arsenal" və İtaliya "İnter"i də maraqlanır.
Xatırladaq ki, "Barsa"nın hazırkı baş məşqçisi Luis Enrike mövsümün sonu klubdan ayrılacağını açıqlayıb.


Şərhlər