AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya hökuməti aviadaşıyıcı kreyser «Admiral Kuznetsov»un təmiri və modernləşdirilməsinə 40 milyard rubl xərcləmək fikrindədir.
Bu istiqamətdə işlərə cari ilin sentyabrında Murmansk ətrafındakı zavodda başlanıcıq. Bu barədə «TASS» agentliyinə müdafiə sənayesi kompleksindəki mənbə danışıb.
Modernləşdirmə işlərini 2020-ci ilin sonuna başa çatırmaq planlaşdırılır. Agentliyin həmsöhbəti danışıb ki, Rusiyanın yeganə aviadaşıyıcı gəmisində bütün elektromexaniki hissə təmir olunacaq, baş müharik qurğusunda isə yararsız hala gəlmiş bir neçə «qazan» dəyişdiriləcək.
Bundan başqa, uçuş-eniş kompleksi modernləşdiriləcək.

Şərhlər