ÇİN-i QORXUYA SALAN AMERİKA SİLAH SİSTEMLƏRİ – Ehtimal olunan müharibə barədə statistika

ABŞ-ın “The National İnterest” jurnalı hərbi məsələlər haqqında müxtəlif səpkili yazılarla çıxış edən ekspert Kayl Mizokaminin “Amerikanın qorxmalı olduğu Çinin silah sistemləri” və “Çinin qorxmalı olduğu Amerikan silah sistemləri” adlı məqalələrini dərc edib. AzPolitika.info bu maraqlı məqalələrin ikincisini – ABŞ-ın müasir silah siostemlərindən bəhs edən hissəsini təqdim edir. (Birinci məqaləni burdan oxu: http://azpolitika.info/?p=31136)

“Çinin qorxmalı olduğu Amerikan silah sistemləri”

Hal-hazırda super güc olan ABŞ bir neçə onilliklərdir ki, çox möhtəşəm və qabaqcıl hərbi texnoloji silahlarla təchiz olunur. Bizim bundan əvvəl söz saldığımız Çinin müasir silahları ABŞ-a qarşı müharibəyə hesablanmış hərbi texnikalardır. İndi müzakirə edəcəyimiz Amerikan silahları lap qabaqcadan da birbaşa və yalnız Çinlə mübarizə üçün nəzərdə tutulmayıb. Bu silahların və sistemlərin əksəriyyəti hələ soyuq müharibə dövründə layihələndirilmışdi. Amerikanların yüksək texnologiyalı müasir silah sistemləri Çinin hərbi yüksəlişə keçməsindən xeyli əvvəllər də məlum idi.

Hər iki ölkənin bir–biriylə müharibəyə girişməsi istəyi azdır və onlar indiki status-kvonun və sıx iqtisadi əməkdaşlığın qorunmasında maraqlıdırlar. Amma bunlarla yanaşı müəyyən gərginliklər də mövcuddur.

“FORD” SİNFİNDƏN OLAN AVİADAŞIYAN GƏMİ

İkinci Dünya Müharibəsi qurtardıqdan sonra aviadaşıyan gəmilər ABŞ hərbi qüdrətinin simvoluna çevrildi. Amerikan aviadaşıyanlarının çəkisi adətən bütün yükü ilə birlikdə 100 min ton olur. ”Ford” sinifindən olan ilk gəmi ABŞ flotunun sıralarına 2016-ci ildə daxil ediləcək. Bu gəmidən Çin ciddi şəkildə qorxur. Bu aviadaşıyanın göyərtəsindəki döyüş təyyarələri bir neçə məqsəd üçün istifadə edilir. Həmin təyyarələr havada üstünlük əldə etməklə yanaşı yerüstü hədəfləri və düşmən gəmilərinin məhv olunması əməliyyatlarına da qoşulmaq qabillyətlərinə malikdir. Öz ölkəsindən xeyli uzaqda olmasına baxmayaraq, ABŞ-ın müasir aviadaşıyan gəmiləri təkcə Çinin Hərbi Dəniz Qüvvələrinə deyil, həmşinin Çinin daxilı ərazilərinə də birbaşa zərbə vura biləcək gücdədir. ”Ford” kimi gəmilər Çinin texniki cəhətdən geri qaldığına dair yadasalma “siqnalı” kimi də qəbul edilir.

Nüvə reaktorları, təyyarələrin havaya qaldırılması üçün səmada elektromaqnit katapultdan istifadə, inteqrasiya olunmuş kompleks sistemlərlə hava hücumundan müdafiə Amerikan aviadaşıyanlarının vitrini hesab edilir ki, hələlik bunların heç biri Çində mövcud deyil. Keçən yay böyük qürurla özünün “Lyonin” adlı ilk aviadaşıyan gəmisini pilotlarının ixtiyarına təhvil verən zaman bu tarixi hadisə elə həmin vaxt Amerikan pilotsuz “X-47B” uçuş aparatının “Corc Buş” aviadaşıyanın göyərtəsinə enməsi xəbərinin yanında kölgədə qalmışdı. Çinliləri məyusluq bürümüşdü. Çünkü bu cür müqayisə belə tip silah növlərində Çinin Amerikadan zaman etibarı ilə nə qədər geridə olduğunun konkret göstəricisi idi.

Çin belə aviadaşıyanların mövcudluğunu onların təsir sferasına Amerikan güclərinin müdaxilə simvolu hesab edir. 1996-cı ildə Çinlə Tayvan arasındakı konfliktin ən gərgin dövründə ABŞ öz zərbə qruplarından olan ”Nimits” və “İndependens” aviadaşıyanlarını Tayvan boğazına göndərmişdi. Çin hərbçiləri həmin gəmilərin boğazdan keçməsinin qarşısını almağa cürət edə bilmədilər. Belə təhqir olunma çinlilərin düşüncə obrazına təsir göstərərək gəmilər əleyhinə “DF-21D” ballistik raketlərinin yaradılmasına güclü stimul verib.

“F-22 RAPTOR” QIRICILARI

“F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yrləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. Çinlilərin “F-22”- lərdən çəkinməsinin əsas səbəbi bu cür texnkanın onların arsenalında mövcud olmamasından irəli gəlir. Yaxın gələcəkdə də haraya göndərilməsindən asılı olmayaraq “F-22”- lər hava məkanında öz hökmranlıqlarını saxlayacaqlar.

Çinin ixtiyarında olan özlərinin “J-10” və Rusiyanın “SU-27” təyyarələrinin (J-11,J-16,SU-30MKK) radalardan yayınma imkanları yoxdur və qarşılıqlı hava hücumunda “F-22” -lər qarşısında xeyli zəifdirlər.

Real müharibənin gedişində “F-22 Raptor” Çin Hərbi Hava Qüvvələrinə ciddi zərbə vuraraq onları aviasiya müdafiəsindən məhrum edə bilər. ”F-22” döyüş hazırlığı növbəsində dayanan Çinin patrul təyyarələrini ötüb keçərək yanacaq dolduran “XianH-6” və “KJ-2000” radiolakasiya kəşfiyyat təyyarələrini vurub məhv edər. Ona görə də, belə halda Çinin yanacaqdolduranlardan məhrum olmuş digər təyyarələrı uzağa uça bilməyəcəklər. Uzun radiuslu uçuş məsafəsinə malik təyyarələrin məhv edilməsi isə çinliləri, yalnız yerdəki radiolaksiya qurğuları ilə işləmək məcburiyyətində qoyacaqdır. Beləki, ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir və Çinin Hava Hücumundan Müdafiə sistemlərindən də qoruna bilər. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolakasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. Öz növbəsində Çin ”F-22”-lərə cavab verəcək gücə malik beşinci nəsil yeni “J-20” qırıcıları üzərində işləyir. ”F-22” ilə mübarizə aparmaq üçün hazılanan “J-20”-nin ekspulatasiyaya verilmə tarixi qeyri–müəyyəndir. Əlavə olaraq bununla paralel şəkildə çinlilər “J-31” qırıcılarının hazırlanması üzərində də çalışırlar. Bu isə o deməkdir ki, həmin təyyarələr tam formada müvafiq hərbi hissələrə təhvil verilənə kimi Çin “F-22”-lərə qarşı heç nə ilə mübarizə apara bilməz.

“VİRCİNYA” SİNİFLİ SUALTI QAYIQ

“Vircinya” sinfindən olan sualtı zərbə qayığı dünyanın ən müasir submarinasıdır. Bu tipdən olan ilk sualtı qayıq ABŞ flotuna 2004-cü ildə qatılıb. Həmin submarinanın subasımı 7800 tondur və o, “S9G” tipli atom güc qurğusu ilə təchiz edildiyindən qeyri-məhdud uzaqlığa qədər üzə bilir. Belə sualtı qayıqlar nəinki düşmənin gəmilərinə və submarinlərinə hücum edə bilər, onlar həmçinin qanadlı raketlərin buraxılması və kəşfiyyat işi də aparmaq xüsusiyyətinə malikdir. Sualtı qayıq dörd ədəd idarəolunan “MK.48” və gəmilər əleyhinə “Harpoon” raketləri ilə təchiz edilib. Bunlardan əlavə “Virciniya” sualtı qayığında qurudakı hədəfləri vurmaq üçün 12 ədəd uzaq mənzilli “Tomaqavk” qanadlı raketləri yerləşdirilib.

Çin “Vircinya” sinfi submarinlərdən ona görə ehtiyyat edir ki, onların sualtı qayıqlarla mübarizə aparmaq təcrübəsi yoxdur və ya ABŞ-la müqayisədə xeyli aşağı səviyyədədir. Çinin “Şan” atom-dizel və ”Yan” sualtı qayıqları heç bir parametrlərinə və cihazlarının xarakteristikasına görə “Vircinya” ilə müqayisəyə gəlməz. Ona görə də çinlilər sualtı qayıqlar duelində xoşagəlməz vəziyyətə düşməkdən bərk qorxurlar. Çinin ixtiyarında sulatı qayıqlara qarşı üç ədəd sahil mühafizəsini həyata keçirən “P-3 Orion” tipli patrul təyyarəsi vardır. Müasir dövrdə sualtı qayıqlara qarşı mübarizənin necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayan Yaponiyanın “Orion” tipindən yüzə yaxın təyyarəsi haliyədə fəaliyyətdədir. Çinin su üstü flotunda “Lyaonin” aviyadaşıyanı da daxil olmaqla, sulatı qayıqlar əleyhinə silahlar mövcuddur. Ancaq bu silahların keyfiyyət göstəriciləri bəlli deyil. Digər tərəfdən isə belə sistemlərin əksəriyyəti Qərb ölkələrinin və Sovet İttifaqının köhnəlmiş nümunələrinin sadəcə kopyalarından ibarətdir.

Hal-hazırda Çin özünün sualtı qayıqlarla mübarizə apara biləcək vasitələrini təkmilləşdirmək üzərində ciddi çalışır. Çin hidrolokasiya, sulatı qayıq əleyhinə bombaatan, torpedo və vertolyotlarla təchiz edilmiş 20 ədəd “054A” seriyasından olan freqatlar hazırlayır. İndi ABŞ-ın “Vircinya” sinfindən olan 11 sualtı qayığı var və onlar əlavə olaraq yaxın zamanlarda öz flotuna bu seriyaya məxsus daha 30 ədəd sualtı qayığın qatılmasını planlaşdırır.

“B-2 SPİRİT” TƏYYARƏLƏRİ

Dünyada ən çox tanınan təyyarələrdən biri, aeorodinamik sxeminə görə “uçan qanad” adlanan “B-2 Spirit” bombardımançılarıdır. O həmçinin dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başdan bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, soyuq müharibənin sonunda onu adi bombardmançı kimi modifikasiya etdilər. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2” –ni qorxulu edən onun radarlara yaxalanmamasıdır. Bu böyük təyyarə Çinin ərazisindəki istənilən hədəfə qədər uçmaq imkanı əldə edir, radarlar tərəfindən tutulmadığına görə. ”B-2” Quam adasındakı Andersen hərbi-hava bazasından qalxaraq Sinçzyandan Şanxayadək olan istənilən hədəfə zərbə endirə bilər.

Əgər ABŞ-la Çin arasında müharibə başlasa, Sakit okeanın qərb hissəsində Çin öz sərhədlərinin istənilən nöqtəsindən hücuma məruz qalacaq. Bu isə çox ağır nəticələr verər və Çinin bütün rayonları tam olaraq təhlükə ilə üzləşər. Onların istənilən aviabazası, istənilən skladı, dəmiryolları və elektrik stansiyaları geniş və hərtərəfli dağıdıcı zərbəyə məruz qalacaq. Çin çox geniş hava sahəsini müdafiə etməyə məcbur olacaqdır ki, bu da onun “SU-27” və “SU-35” qırıcı aviasiyasının hədsiz dərəcədə dağınıqlığına gətirib çıxaracaq. Belə halda isə Çinə məxsus bu təyyarələrin yerinin bəlli olması və onların tutulub zərəsizləşirilməsi xeyli asanlaşacaq. ABŞ və Çin arasındakı istənilən hipotetik konfliktdə nüvə silahını və kibernetik hücumları çıxmaq şərti ilə, Çin hər hansı bir digər silahla ABŞ-ın kontinental hssəsinə zərbə endirməyə ümüd bəsləyə bilməz. ”B-2” təyyarələrinin Çin arsenalında anoloqu yoxdur. Ancaq onu da demək lazımdır ki, Çin heç zaman strateji bombardmançı təyyarələrin istehsal edilməsini qarşısında prioritet məsələ kimi qoymayıb. Belə şayiələr gəzir ki, Çin “Stels” texnologiyalı bombardmançı təyyarələrin layihəsi üzərində işləyir. Ancaq hələlik bu məsələdə əyani heç bir şey yoxdur.

“F-35 LİGHTİNİNG II”

“F-35 Lightining II”- yeni beşinci nəsil qırıcı–bombardmançı təyyarələri özlərindən əvvəlki nəsil F-16, F/A-18C və A-10 təyyarələrini əvəzləmək üçün nəzərdə tutulub. ”F-35” –i onun üçün ayrılmış smetanı üstələdiyinə və qrafikdə gecikdiyinə görə çox ciddi şəkildə tənqid də ediblər. Ancaq “F-35” həqiqətən də möhtəşəm və qorxu saçan təyyarədir.

Pekin üçün əsas problem “F-35”-lərin say etibarı ilə nə qədər olmasıdır. Ümumiyyətlə, Amerikan Hərbi Hava Qüvvələrinə məxsus bütün beşinci nəsil qırıcılarının yaradılması xeyli miqdarda pul tələb edən bahalı bir proqramdır. ”F-35” radarlar tərəfindən tutulmadığına görə çinlilərin işini böyük ölçüdə çətinləşdirəcək. Çinə qarşı gələcək münaqişədə şübhəsiz ki, ”F-22 Raptor” təyyarələri də iştirak edəcəkdir. ”F-22 Raptor”-lar Yaponiyanın Okinava adasındakı Kadena aviabazsında yerləşıblər. Çox güman ki, Yaponiyanın şımalındakı Misava aviabazasındakı “F-16”-larla müqayisədə “F-35”-lər daha uzağa uçacaq. Bu isə onu deməyə əsas verir ki, nəzəri cəhətdən “F-35” Misava bazasından Çinin materik hissəsindəki hədəflərə istənilən zərbəni vura biləcək.

Çin öz HHM sistemlərini “Stels” tipli təyyarələrdən qorumaqdan yana tam optimal vəziyyətə gətirməlidir. Düzdür, “F-35” təyyarələri bahalıdır və əgər ABŞ –ın bütün Hərbi Hava Qüvvələri bu cür “Stels” texnoloğiyalı təyyarələrlə tam təchiz olunacaqsa, onda Çin buna qarşı silah sistemlərini modernləşdirməkdən ötrü böyük xərc çəkməlidir.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar