Menu

Venesuelada aksiyalarla əlaqədar saxlananların sayı 1300 nəfərə çatır

23.04.2017, 16:05
Venesuelada aksiyalarla əlaqədar saxlananların sayı 1300 nəfərə çatır

Venesuelada etiraz aksiyaları başlayandan sonra saxlananların sayı 1300 nəfərə çatır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu qeyri-hökumət təşkilatı olan Venesuela Cinayət Forumunun rəhbəri Alfredo Romero “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

A. Romero bildirib ki, etiraz aksiyalarının başlandığı aprelin 4-dən indiyə qədər 1289 aksiya iştirakçısı saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl 585 nəfərin saxlandığı xəbər verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol