Menu

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

23.04.2017, 21:51
Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

Qırğızıstanın Cəlilabad vilayətində torpaq sürüşməsi baş verib.APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-sı ağır xəsarət alıb.

Məlumata əsasən, ölən və yaralananlar Bazar-Korqon rayonunda su kəmərinin təmiri ilə məşğul olan fəhlələr olub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xilasedicilər tərəfindən torpaq altından çıxarılan daha 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol