Rusiya artıq Baltikyanıda informasiya müharibəsi aparır!
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litva respublikasının xarici işlər naziri Linas Linkyaviçyus bəyan edib ki, Rusiya Baltik ölkələrinə qarşı informasiya müharibəsi aparır. Bu barədə nazir «Nastoyaşee vremya» telekanalına müsahibəsində danışıb.
«Bu müharibə artıq gedir - kibernetik müharibə, informasiya müharibəsi… Vaxt var idi ki, belə deyək, real döyüşdən əvvəl artilleriya hazırlığı aparılırdı, real döyüş ərəfəsində. İndi bunu etmək lazım gəlmir, sadəcə, insanların beynini «yumaq» və fəaliyyət üçün meydan hazırlamaq kifayət edir. Mənim dərindən inandığıma görə, Krımda belə olub» - deyə, nazir qeyd edib.
Litvalı siyasətçinin fikrincə, ölkələrin təhlükəsizliyinin müasir anlamı əhəmiyyətli dərəcədə genişlənib. Əgər əvvəllər bu, təkcə hərbi təhlükəni özündə ehtiva edirdisə, indi buraya tərkib hissəsi kimi, informasiya da daxil olub.
«Ümumiyyətlə, təhlükəsizlik kəlməsinin mahiyyəti genişlənib, nədən ki, əgər əvvəllər təhlükəsizlik deyəndə, təkcə hərbi təhlükə və hərb vasitə və alətləri - raketlər, tanklar və s. başa düşülürdüsə, indi vəziyyət başqadır, raketi atmaq olar - o, pul deməkdir. Amma informasiya raketi də atmaq olar, iki dəfə, üç dəfə atmaq olar - toplamda nəticə daha yaxşı olur, effekti isə həttə bir qədər də artıq olur…» - deyə, nazir əlavə edib.
«Sadəcə, biz, dərsliklərimizə yenidən baxmalıyıq, baxmalıyıq ki, hadisələr necə inkişaf edir. Təəssüf ki, müharibə müharibəliyinlə, ancaq belə asimmetrik hibrid təhlükələr planında necə cəbhələşmə və hansı çalışmalar və araqarışcdırıcı hərəkətlər baş verir, hal-hazırda biz necə və nədən danışırıq…» - deyə, o, izah edib.
Linkyaviçyus hesab edir ki, qadağalar və senzura hibrid müharibə ilə mübarizədə çıxış yolu deyil. Onun fikrincə, bu məsələdə alternativ informasiya mənbələrinin yaradılması böyük fayda verə bilər…
Bu fonda, Azərbaycan KİV-nin bu gün yaydığı bir xəbər diqqəti xüsusilə çəkir. Bildirilir ki, aprelin 25-ə qədər ölkəmizdə Rusiyanın «TNT» və «TNT4» telekanallarının yayımı dayandırılıb. Səbəb isə ondan ibarətdir ki, bu kanallar «erməni soyqırımı» uydurmasını metodik şəkildə təbliğ edirlər. Sual olunur: Bu təbliğat kimlərə ünvanlanır? Əlbəttə ki, Azərbaycan əhalisiniə! Ən azı, qulaqlarımızı «çox ziyanlı cəfəng»lə doldururlar - bizləri yalana, simasızlığa, riyakarlığa, prinsipsizliyə… satqınlığa-xəyanətə «adaptasiya edirlər».
Belədə, məntiqi sual yaranır: Bu kimi təxribatçı telekanallar bizə lazımdırmı? Əlbəttə ki, yox! Ona görə də yaxşı olardı ki, Azərbaycan hökuməti Rusiya telekanallarının ölkəmizdə yayımı məsələsinə yenidən baxsın və onların yayımını birdəfəlik qapatsın! Başqa sözlə, insanlarımızı Rusiyanın xeyli aqressiv informasiya müharibəsindən qorumağın ən müxtəlif yolları aranmalı və bununla mübarizə istiqamətində, paralel olaraq yerli KİV-in fəaliyyətini genişləndirmək məsələsində real addımlar atılmalıdır.


Şərhlər