Menu

AİB keçən il Azərbaycandakı layihələrə $1,325 mlrd. kredit ayırıb

24.04.2017, 14:59

Asiya İnkişaf Bankı (AİB) 2016-cı ildə Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ümumilikdə $1,325 mlrd. məbləğində 4 kredit ayırıb.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.kredit1478865753

“AİB 2016-cı ildə ölkədə enerji paylama şəbəkəsinin genişləndirilməsi üzrə investisiya proqramı çərçivəsində layihəyə $250 mln., su təchizatının yaxşılaşdırılması üzrə investisiya proqramı çərçivəsində layihəyə $75 mln., “Şahdəniz” yatağının işlənməsi layihəsinin II mərhələsinə dəstək üçün $500 mln., respublikanın iqtisadi inkişafına dəstək üçün $500 mln. məbləğində kredit ayırıb”, - deyə məlumatda bildirilir.

AİB-in “Cənub Qaz Dəhlizi” QSC-yə ayırdığı $500 mln. yuxarıda qeyd olunan məbləğə daxil deyil.

31 dekabr 2016-cı il tarixinə AİB-in Azərbaycanda özəl sektor üzrə aktiv kredit portfeli $373,6 mln. təşkil edir.

«Bu günədək bank özəl sektor üçün $1 mlrd. 238 mln. məbləğində 11 kredit ayırıb. 2016-cı il dekabrın 31-nə AİB-in özəl sektor üzrə aktiv kredit portfeli $373,6 mln. təşkil edir ki, bu da bankın dünyada özəl sektorla əməliyyat portfelinin 3,8%-nə bərabərdir», - deyə məlumatda qeyd olunur.

Bundan başqa, AİB ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində Azərbaycanda $43,8 mln.-luq 54 əməliyyatı dəstəkləyib. Bu məbləğin 9,1%-ni bank özəl sektorla birlikdə maliyyələşdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol